Pelosi Tayvan səfərindən danışdı: Peşman deyiləm!backend

Pelosi Tayvan səfərindən danışdı: Peşman deyiləm!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 2-də Tayvana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi NBC telekanalına müsahibəsində səfərdən qətiyyən peşman olmadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Pelosi səfərin “çox dəyərli olduğunu” vurğulayıb.

Eyni zamanda o, ABŞ-ın Respublika və Demokrat partiyalarının nümayəndələrinin Amerika nümayəndə heyətinin Tayvana səfərini dəstəklədiklərini diqqətə çatdırıb. O əlavə edib ki, Taybeydə konqresmenləri çox yaxşı qarşıladılar.

Pelosinin sözlərinə görə, ABŞ “vahid Çin” prinsipinə sadiqdir və Amerika nümayəndə heyətinin bu səfəri “siyasəti dəyişmək” cəhdi deyildi.

“Niyə Çinə Tayvanı dəstəklədiyimizi göstərmirik? Tayvan münasibətləri qanunumuzun bir hissəsidir. Biz ora status-kvonu tanımaq üçün getdik”, – Pelosi bildirib.
Publika.az