Pelosinin ərinə hücum edən şəxsin kimliyi müəyyən edildibackend

Pelosinin ərinə hücum edən şəxsin kimliyi müəyyən edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosiyə hücum edən şəxsin kimliyini müəyyən edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, şübhəlinin 42 yaşlı David Depape olduğu müəyyən edilib.

Hücum edən şəxs adam öldürməyə cəhd, silahla hücum, yaşlı insanlara qarşı zorakılıq, soyğunçuluq və “bir neçə əlavə cinayət” ittihamı ilə üzləşəcək. San-Fransisko polis rəisi Vilyam Skott bildirib ki, hücumun motivi müəyyən edilir.

Hücum zamanı yaralanan Pol Pelosi beyin əməliyyatı keçirib.