Pənahəli xanın varisi Şuşaya gəlir – VİDEObackend

Pənahəli xanın varisi Şuşaya gəlir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində Pənahəli xanın nəslindən olan gənc də iştirak edəcək.

Diasporla iş üzrə Dövlət Komitəsindən NOCOMMENT-ə verilən məlumata görə, İspaniyada doğulub böyüyən Məhəmmədəli Əkbərov tədbirdə iştirak etmək üçün vətənə gəlib.

O, Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının qonağı olub, ulu babaları və mənsub olduğu nəslin şəcərəsi, eyni zamanda ailələrində həmin şəcərəni əks etdirən sənədlərin olması barədə danışıb. Soydaşımız Şuşada keçirilən Diaspor Gənclərinin Yay Düşərgəsində iştirak etməyin sevincini və həyəcanını yaşadığını da dilə gətirib.

Diaspor Gənclərinin III Yay Düşərgəsi” Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində “Şuşa İli” çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərində təşkil ediləcək. Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman xaricdə yaşayan azərbaycanlıları tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə çağırıb. 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında da Müzəffər Ali Baş Komandan dünya azərbaycanlılarını ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.