Milli Müdafiə Nazirliyi (MSB) PKK terrorçuları tərəfindən Pəncə-Kilid əməliyyatı bölgəsinə yerləşdirdiyi partlayıcının partlaması nəticəsində müqaviləli piyada əsgər Erkan Səlçukun şəhid olduğunu açıqlayıb.
NOCOMMENT xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, “Pəncə-Kilid Əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin yerləşdirdiyi EYP-nin partlaması nəticəsində ağır yaralanaraq xəstəxanaya yerləşdirilən sıravi əsgər Erkan Selçuk bütün müdaxilələrə baxmayaraq şəhid oldu.Bu kədərli hadisədə həyatını itirən əziz şəhidimizə başsağlığı və səbr, kədərli ailəsinə Türk Silahlı Qüvvələrinə başsağlığı veririk.”