Pəncərəni sındırıb əlini kəsən 34 yaşlı Şəki sakini xəstəxanada ölübbackend

Pəncərəni sındırıb əlini kəsən 34 yaşlı Şəki sakini xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki rayonunun Baş Zəyzid kənd sakini 1990-cı il təvəllüdlü Babayev Pərviz Fərhad oğlu ötən gün saat 20 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, zərbə nəticəsində şüşə Pərviz Babayevin qolunu kəsib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, lakin tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.