Penitensiar xidmətdə yeni əməkdaşların andiçmə mərasimi keçirilibbackend

Penitensiar xidmətdə yeni əməkdaşların andiçmə mərasimi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində Seçim mərhələlərini uğurla keçərək 50 nəfərlik orta rəis heyətinə, eləcə də 40 nəfər hərbi qulluqçu kimi xidmətə qəbul olunmuş və xüsusi rütbələr verilmiş yeni əməkdaşların andiçmə mərasimi keçirilib.

Bu barədə NOCOMMENT.az-a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov onlara nazir Fərid Əhmədovun salamını və təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar diləyib, vətənə, xalqa sədaqətlə xidmət etməyi, ədliyyə işçisi adını şərəflə daşımağı tövsiyə edib.

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin layiqli kadrlarla komplektləşdirilməsi istiqamətində şəffaflığın təmin olunması hər zaman prioritet istiqamətdir. Həmçinin, müraciət edən çoxlu sayda Vətən Müharibəsi iştirakçıları, qazi və şəhid ailəsi üzvləri də Penitensiar xidmətdə işlə təmin olunub. Hal-hazırda xidmətdə ümumilikdə 218 nəfər bu kateqoriyadan olan əməkdaş çalışır.

Çıxış edən gənclər böyük qürur hissi keçirdiklərini bildirib, Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq, ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycanın inkişafı naminə sədaqətlə xidmət edəcəklərini vurğulayıblar. Qeyd ediblər ki, onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışaraq ədliyyə işçisi adını daim uca tutacaqlar.

Sonda təntənəli qaydada and içən əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.