Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYEbackend

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Mirsaleh Seyidov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.

NOCOMMENT.az trend-ə istinadla xəbər verir ki, 47 yaşlı Mirsaleh Seyidov penitensiar sistemdə böyük iş təcrübəsi olan kadrlardandır.

O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib.

Yeni vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutan ədliyyə polkovniki M.Seyidov daha əvvəl bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib.

O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb.

Həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.