Pensiya və müavinətlər bayramdan əvvəl ödənilibbackend

Pensiya və müavinətlər bayramdan əvvəl ödənilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyul ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini Qurban bayramı ilə əlaqədar vaxtından əvvəl təmin edib.

Bu barədə Fonddan NOCOMMENT.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, iyul ayının 8-15-i arasında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesabına köçürülüb.

Beləliklə, iyul ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımları qrafikdən əvvəl – bayrama qədərki günlərdə ödənilib.