Pensiyası kəsilən 64 yaşlı Quba sakini şikayətçidir – VİDEObackend

Pensiyası kəsilən 64 yaşlı Quba sakini şikayətçidir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubanın Zərdabi qəsəbə sakini Nüsrət Xeyrullayev pensiyasının kəsilməsindən şikayətçidir.

Onun sözlərinə görə, 2015-ci ildə həyətyanı sahəsində işləyərkən yıxılaraq ayağından xəsarət alıb. Həkimə müraciət edən qəsəbə sakinin vəziyyəti ağır olduğundan elə həmin ildən də ona ikinci qrup əlillik təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, N.Xeyrullayev aldığı xəsarət səbəbindən işlədiyi qurumdan da ayrılmaq məcburiyyətində qalıb. O, cari ilin fevralına qədər pensiya alsa da, 5 illik təyin edilən pensiyası kəsilib.

Baku TV-nin çəkilişindən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Nüsrət Xeyrullayevin mövcud sağlamlıq vəziyyəti əyani şəkildə müayinə edildikdən sonra ona 3-cü qrup müddətsiz əlillik təyin edilib.

Ətraflı süjeti təqdim edirik:

oxu.az