NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ ordusu Qəzza zolağı üzərində silahsız pilotsuz təyyarələrdən istifadə edir. Bu barədə RİA Novosti Pentaqonun bəyanatına əsasən məlumat yayıb.
Bununla belə, departament izah edib ki, pilotsuz təyyarələr “girovları azad etmək səylərini” dəstəkləmək üçün istifadə olunur.
Oktyabrın 7-də Fələstinin İsrailə hücumundan dərhal sonra İHA uçuşları başladı.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində oldugunu bəyan edib.