Pentaqon: ABŞ Kiyevdəki səfirliyinə əlavə hərbi müşavirlər göndərə bilərbackend

Pentaqon: ABŞ Kiyevdəki səfirliyinə əlavə hərbi müşavirlər göndərə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Ukrayna paytaxtındakı səfirliyə əlavə hərbi müşavirlər göndərməyi düşünür.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

Onun sözlərinə görə, müşavirlər hərbi vəzifələri yerinə yetirməyəcək, Ukrayna hökumətinə və silahlı qüvvələrinə məsləhət verəcəklər.

“Hazırda səfirliyə bir neçə əlavə məsləhətçi göndərmək imkanını nəzərdən keçiririk”, – Rayder qeyd edib.