Pentaqon ABŞ-nin Çini cilovlamaq üçün əsas müttəfiqini açıqlayıbbackend

Pentaqon ABŞ-nin Çini cilovlamaq üçün əsas müttəfiqini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya ABŞ-nin Çinin artan təsirinə qarşı əsas müttəfiqi olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset Tokioda yaponiyalı həmkarı Qen Nakatani ilə danışıqlar zamanı bildirib.

“Yaponiya Çin tərəfindən təcavüzkar hərəkətlərin qarşısını almaqda bizim əsas tərəfdaşımızdır”, – Heqset vurğulayıb.

Nakatani öz növbəsində qeyd edib ki, ölkələr “azad və açıq Hind-Sakit okean regionu” yaratmaq üçün birgə işi davam etdirəcəklər.

Danışıqlar Heqsetin nazir vəzifəsinə təyin olunmasından sonra müdafiə qurumları başçılarının ilk üz-üzə görüşü olub.