Pentaqonun Mərkəzi Komandanlığı ABŞ-ın Sənada endirdiyi zərbələrin hədəfinin husilərin raket anbarı və əməliyyat mərkəzi olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“ABŞ qüvvələri nəzarət etdikləri Səna ərazisində İranın dəstəklədiyi husilərin istifadə etdiyi raket anbarına və komanda-əməliyyat mərkəzinə dəqiq zərbələr endirib”, – məlumatda bildirilir.
Bundan əvvəl “Al Mayadeen” telekanalı Yəmənin paytaxtında partlayış baş verdiyini bildirib.
Daha sonra İsrail və ABŞ-ın Husilərin Sənadakı hərbi mövqelərinə zərbələr endirdiyi barədə məlumat daxil olub.