“USS Gravely” esminesi ABŞ-nin Şimal Komandanlığının məsuliyyət zonasında ölkənin cənub sərhədini qorumaq missiyasını yerinə yetirmək üçün Yorktaun Dəniz Bazasından yola düşüb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə komandanlığın məlumatında deyilir.
“USS Gravely”nin yerləşdirilməsi prezidentin göstərişinə uyğun olaraq ABŞ-nin cənub sərhədinin təhlükəsizliyini gücləndirəcək. Gəmi bizim ölkənin ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini qorumaq qabiliyyətimizi gücləndirəcək”, – Şimal Komandanlığı generalı Qreqori Giyo qeyd edib.
Esminesin missiyasına qurumlararası əməkdaşlığa dəstək, terrorçuluq, silahların yayılması, transmilli cinayət və qanunsuz miqrasiya ilə mübarizə daxildir.