Pentaqon İsraillə bağlı kəşfiyyat məlumatlarının sızmasına münasibət bildiribbackend

Pentaqon İsraillə bağlı kəşfiyyat məlumatlarının sızmasına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, onun katibliyindən heç kim İsrailin İrana hücuma hazırlığı ilə bağlı Amerika kəşfiyyatının sızması ilə bağlı araşdırmada iştirak etmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Ostin , hər hansı Pentaqon rəsmisinin əlavə araşdırmanın hədəfi olacağına dair sübut görmədiyini söyləyib.

Bir gün əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ prezidenti Co Bayden İsrailin İrana hücuma hazırlığı ilə bağlı Amerika kəşfiyyatının məxfi məlumatlarının sızmasından narahatdır.

Qeyd edək ki, oktyabrın 20-də Amerikanın CNN telekanalı ABŞ-ın 15 və 16 oktyabr tarixli sənədlərin sızması ilə bağlı araşdırma apardığını bildirib.