Pentaqon Kiyevə yeni hərbi yardım paketinin ayrılması ilə bağlı xəbərləri təkzib edibbackend

Pentaqon Kiyevə yeni hərbi yardım paketinin ayrılması ilə bağlı xəbərləri təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon ABŞ-ın Ukraynaya 225 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayırması barədə məlumatı təsdiqləməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, paketlər hələ inkişaf mərhələsindədir və hələ təsdiqlənməyib.

İyunun 6-na keçən gecə Reuters öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ bu həftə Ukraynaya 225 milyon dollar məbləğində yeni hərbi yardım paketini açıqlamaq niyyətindədir.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, yaxın həftələrdə ABŞ Ukraynaya yeni böyük miqdarda silah tədarükünü elan edəcək.

Sallivan həmçinin bildirib ki, Ukrayna hərbçiləri Amerika silahlarının tədarükünü bərpa etdikdən sonra bir sıra əsas sahələrdə mövqelərini gücləndirə biliblər.