Pentaqon Pekini təhdid etdi – Bir daha təkrarlansa…backend

Pentaqon Pekini təhdid etdi – Bir daha təkrarlansa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Filippin sahil mühafizə gəmilərinin Cənubi Çin dənizində toqquşmasından sonra Pentaqon Pekini sərt şəkildə tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib ki, Filippin ABŞ-nin müttəfiqi olduğuna görə, belə bir hal bir daha təkrarlanarsa, rəsmi Vaşinqton lazımi tədbirləri görəcək:

“Çindən olan gəmilər qanuni fəaliyyət göstərən Filippin gəmilərinə qarşı ehtiyatsız manevrlər ediblər. Çinin bu hərəkətləri filippinli ekipaj üzvlərinin xəsarət alması ilə nəticələnib, insanların həyatını riskə atıb və beynəlxalq hüquqa etinasızlıq nümayiş etdirilib. Biz Çini beynəlxalq qanuni qərarlara əməl etməyə çağırırıq. ABŞ müttəfiqimiz olan Filippinin yanında olmağa davam edəcək və bizim qarşılıqlı müdafiə müqaviləmizə sadiqik”.

Xatırladaq ki, Filippin rəsmiləri Çin sahil mühafizə gəmilərinin Filippin sahil mühafizəsi və təchizat gəmilərini blokladığını, həmçinin iki kiçik toqquşmaya səbəb olan təhlükəli manevrlər həyata keçirdiklərini bildirmişdilər.