Pentaqon qərbdə təlim keçmiş Ukrayna döyüşçülərinin sayını açıqladıbackend

Pentaqon qərbdə təlim keçmiş Ukrayna döyüşçülərinin sayını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon Qərb ölkələrində təlim keçmiş ukraynalı hərbçilərin ümumi sayını hesablayaraq onların 18 min nəfərdən çox olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin sözçüsü Patrik Rayder brifinq zamanı açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna ordusunun 7 min döyüşçüsü ABŞ-da, 11 minə yaxın əsgəri isə Vaşinqtonun müttəfiq ölkələrində hərbi təlimlər keçiblər.

Rayder 65 ukraynalı hərbçinin ABŞ-da “Patriot” hava hücumundan müdafiə sisteminin istifadəsi üzrə təlimi başa vurduqlarnı da açıqlayıb.

NOCOMMENT.AZ