Pentaqonun “Qrenlandiyaya hərbi müdaxilə” planından xəbəri yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq bildirib.
“Mənim heç bir plandan xəbərim yoxdur”, – Sinq jurnalistlərə ABŞ-ın gələcək prezidenti Donald Trampın bəyanatlarından sonra Pentaqonun hərbi müdaxilə planları üzərində işləyib-işləməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bundan əvvəl Danimarka hakimiyyətinin “azad dünya”nı qorumaq üçün Qrenlandiyanı ABŞ-a verməli olduğu fikrini bildirmişdi.