Pentaqon rəhbəri büdcəni hər il 8% azaltmağı planlaşdırırbackend

Pentaqon rəhbəri büdcəni hər il 8% azaltmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın müdafiə naziri Pit Heqset yüksək səviyyəli hərbçilərə və Pentaqon rəsmilərinə qarşıdakı beş ilin hər birində müdafiə büdcəsini 8 faiz azaltmaq planları hazırlamağı tapşırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə New York Times (NYT) rəsmilərə istinadən məlumat yayıb.

“İxtisarlar, çox güman ki, Müdafiə Nazirliyinin illik 850 milyard dollarlıq büdcəsini azaltmaq əvəzinə, Pentaqonun vəsaitlərini Tramp administrasiyası tərəfindən dəstəklənən proqramlara yönəltmək səylərinin bir hissəsidir”, – nəşr bildirib.

NYT yazır ki, Heqset başqa şeylərlə yanaşı, Amerika hökuməti üçün əsas prioritet olan miqrantların Amerika sərhədindən keçməsini dayandırmaq üçün minlərlə aktiv Amerika əsgərini yerləşdirməyi vəd edib.