NATO ölkələri ABŞ-nin müttəfiqləri olaraq qalır, lakin müdafiəyə daha çox pul xərclənməlidir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset tabeliyində olanlar qarşısında çıxış edərkən bildirib.
“Gələn həftə müttəfiqimiz olmuş və olacaq dostlarımızla danışmaq üçün NATO-nun nazirlər görüşü çərçivəsində Avropaya gedəcəyik, lakin biz həm də onları sənaye bazalarına xərclərini artırmağa davam etməyə təşviq etməliyik”, – o deyib.