Pentaqon rəhbəri Qəzzada İsrailin strateji məğlubiyyətinin mümkünlüyünü etiraf edibbackend

Pentaqon rəhbəri Qəzzada İsrailin strateji məğlubiyyətinin mümkünlüyünü etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Pentaqon rəhbəri Lloyd Ostin hesab edir ki, Fələstin sakinləri HƏMAS qruplaşmasının tərəfinə keçsələr, İsrailin Qəzza zolağında taktiki qələbəsi strateji məğlubiyyətlə nəticələnə bilər. Ostin bunu Kaliforniyada Reyqan Milli Müdafiə Forumunda çıxışında deyib.

ABŞ müdafiə naziri İraq müharibəsi zamanı şəhər döyüşləri təcrübəsindən danışıb. O qeyd edib ki, bu işdə qələbə yalnız mülki əhalinin müdafiəsi ilə mümkündür.

“Görürsünüz, belə bir döyüşdə “ağırlıq mərkəzi” mülki əhalidir. Əgər siz insanları düşmənin qucağına sürükləsəniz, taktiki qələbəni strateji məğlubiyyətə çevirəcəksiniz”, – Ostin vurğulayıb.

Pentaqon rəhbərinin sözlərinə görə, o, dəfələrlə İsrail rəhbərliyi ilə danışıb və onu Qəzzada itkilərin qarşısını almağa, eləcə də İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığın qarşısını almağa çağırıb.