Pentaqonun rəhbəri Pit Heqset Varşavada keçirdiyi mətbuat konfransında bildirib ki, Donald Trampın komandası ABŞ prezidentinə Ukrayna münaqişəsinə son qoymaq üçün ən geniş variantlardan seçim etmək imkanı verməlidir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bizim işimiz baş komandanımızın, Birləşmiş Ştatların prezidentinin bu münaqişəyə son qoymaq üçün bütün imkanlara malik olmasını təmin etməkdir”, – deyə ABŞ müdafiə naziri izah edib.