Departament Şimali Koreya qoşunlarının artıq Ukraynada hərbi əməliyyatlarda iştirak etdiyi barədə KİV-də yayılan xəbərləri təsdiq edə bilməz.
NOCOMMENT.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü general-mayor Patrik Rayder bildirib.
“Biz onları öyrənirik (məlumat – RT.), lakin hazırda bu xəbərləri təsdiqləyə bilmirik”, – RİA Novosti ondan sitat gətirir.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreya ordusunun Rusiyaya göndərilməsi ilə bağlı xəbərlərdən narahatlığını bildirib.