Pentaqon Şimali Koreyanın buraxdığı peykin orbitə çıxarıldığını etiraf etdibackend

Pentaqon Şimali Koreyanın buraxdığı peykin orbitə çıxarıldığını etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları hesab edir ki, KXDR tərəfindən buraxılan kəşfiyyat peyki Yerin aşağı orbitinə buraxılıb.

NOCOMMENT.az xəbər verir ki,  bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibi ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder deyib.

“Biz bilirik ki, o, orbitə buraxılıb və bunun üçün ballistik raket texnologiyasından istifadə olunub”, – deyə Rayder hər hansı təfərrüat verməkdən imtina edib. 

O, həmçinin vurğulayıb ki, KXDR kəşfiyyat peykinin guya Ağ Evin və Pentaqonun fotolarını çəkdiyi barədə məlumatı yoxdur.