Pentaqon Suriyada kimyəvi silah ehtiyatlarının olduğunu etiraf edibbackend

Pentaqon Suriyada kimyəvi silah ehtiyatlarının olduğunu etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon Suriyada kimyəvi silahların olması ehtimalından narahatlığını ifadə edir və onların əsgərlərinə və ya mülki şəxslərə qarşı istifadəsinin qarşısını almağa çalışdığını bildirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq mətbuat brifinqində bildirib.

“Məqsədimiz bu silahların mülki şəxslərə və ya ABŞ qüvvələrinə və onların bölgədəki müttəfiqlərinə qarşı istifadə edə biləcək şəxslərin əlinə keçməməsini təmin etməkdir”, – deyə Sinq əlavə edib.

Pentaqonun sözçüsü vurğulayıb ki, ABŞ ordusu bu əməliyyatda birbaşa iştirak etmir və müttəfiqləri vasitəsilə hərəkət edir.

“Bizim təcrübəmiz var və bu silahların yanlış əllərə keçməsinin qarşısını almaq üçün tərəfdaşlarla işləyirik”, – deyə o vurğulayıb.