Pentaqon Suriyadakı vəziyyətlə bağlı Rusiya ilə əlaqə saxlayıbbackend

Pentaqon Suriyadakı vəziyyətlə bağlı Rusiya ilə əlaqə saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi Suriya ilə bağlı Rusiya ilə əlaqə kanalını aktivləşdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Onun sözlərinə görə, “Inherent Resolve” əməliyyatının komandiri “açıq rabitə kanalının olmasını təmin etmək üçün” Rusiya Federasiyası ilə əlaqə saxlayıb.

Rayder qeyd edib ki, ABŞ ordusu Suriyadakı ABŞ və Rusiya hərbçilərinin coğrafi baxımdan bir-birinə yaxın olması səbəbindən Moskva ilə əlaqə saxlayıb.

O, əlavə edib ki, Pentaqon Suriyadakı vəziyyət inkişaf etdikcə “potensial səhv hesablamaların qarşısını almaq üçün bu kommunikasiya mexanizmindən” istifadə etməyə davam edəcək.