NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya müdafiə dəstəyini ABŞ-a iş yerləri yaratmağa və sənaye bazasını genişləndirməyə imkan verən “ağıllı investisiya” hesab edir. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
“Ukraynanın təhlükəsizliyinə kömək etmək milli təhlükəsizliyə ağıllı sərmayədir”, – bəyanatda deyilir.
ABŞ ordusunun fikrincə, Kiyevə müdafiə yardımı paketlərinin verilməsi regionda daha böyük münaqişənin qarşısını almağa kömək edir və başqa yerlərdə potensial təcavüzün qarşısını alır.
“Eyni zamanda, müdafiə sənayesi bazası gücləndirilir və Amerika xalqı üçün yüksək ixtisaslı iş yerləri yaradılır”, – nəşr yazır.