Pentaqon Yaxın Şərqə 2 min hərbçi göndərəcəkbackend

Pentaqon Yaxın Şərqə 2 min hərbçi göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın müdafiə naziri Lloyd Ostin radikal Fələstinin HƏMAS hərəkatının yaraqlılarının İsrailə hücumu ilə əlaqədar Yaxın Şərqə mümkün yerləşdirmə üçün 2000 əsgərin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib. Amma onların yerləşdirilməsi ilə bağlı hələlik qərar verilməyib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq yazılı açıqlamasında bildirib.

“Bu gün Katib Ostin təxminən 2000 hərbi personalı və bir sıra bölmələri yüksək hazırlıq vəziyyətinə gətirərək, yerləşdirməyə hazırlıq əmrini verdi ki, bu da Müdafiə Nazirliyinin Yaxın Şərqdə dəyişən təhlükəsizlik mühitinə tez reaksiya vermək qabiliyyətini artırır”.