Pentaqondan Qəzzaya yardıma dair AÇIQLAMAbackend

Pentaqondan Qəzzaya yardıma dair AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günə qədər 569 metrik tondan çox humanitar yardım Sahil Üzərində Birgə Logistika vasitəsilə Qəzzaya çatdırılıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Pet Rayder deyib.

O bildirib ki, ABŞ, İsrail, Birləşmiş Millətlər Təşkilatı arasında müzakirələr aparılıb, həmçinin personalın və yüklərin təhlükəsiz hərəkəti üçün alternativ yolların müəyyən edilməsi üzrə birgə səylər olub:

“Diqqətimizi Fələstin xalqının yardım almasını təmin etməyə yönəldirik. Yardım yaxın günlərdə paylanacaq. Əməliyyatda hansısa mürəkkəbliyin olması ehtimalı həmişə var, aradan qaldırılmalı çətinliklər və maneələr də olacaq. Bu, təhlükəsizliyin təmin edilməsi baxımından çox mərhələli bir prosesdir. İsrail ordusu həm dənizdə, həm də quruda təhlükəsizliyi təmin edir. Həmçinin orada müdafiəni təmin edə biləcək ABŞ hərbi personalı da var. Biz bu tapşırığın öhdəsindən gələcəyik”.