Pentaqonun yaxınlığındakı saxta partlayış görüntüsü çaxnaşma yaratdıbackend

Pentaqonun yaxınlığındakı saxta partlayış görüntüsü çaxnaşma yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yaxınlığında baş verən partlayışı əks etdirən süni intellektlə hazırlanmış saxta foto birjada çaxnaşma yaradıb.

NOCOMMENT.az xəbər verir ki, yerli vaxtla 09:30 radələrində sosial mediada, o cümlədən mavi işarə ilə təsdiqlənən bəzi Twitter hesablarında yayılan saxta foto birjada dalğalanmalara səbəb olub.

“Dow Jones”da qısa müddət ərzində təxminən 80 xal azalma müşahidə edilib.

Saxta partlayış görüntüləri ABŞ-dan kənar media tərəfindən də istifadə edilib.

Hindistanın ən böyük kanallarından biri olan Respublika TV və Rusiyanın RT xəbər agentliyi sözügedən saxta foto ilə bağlı xəbərlər dərc etsə də tezliklə müvafiq xəbərləri və sosial media paylaşımlarını geri götürüb.

NOCOMMENT.AZ