Perepyolkin: Qarabağda axtarış qrupları artırılıbbackend

Perepyolkin: Qarabağda axtarış qrupları artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus istehkamçıları Qarabağda 6000-dən çox partlayıcı maddəni zərərsizləşdiriblər.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bu barədə kontingent mərkəzinin müavini Dmitri Perepyolkin jurnalistlərə açıqlamasında deyib.

Bildirilib ki, bu günədək Qarabağda 200 hektara yaxın ərazi təmizlənib, 405 binada partlayıcı maddə olub-olmadığı yoxlanılıb.

Perepyolkin əlavə edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə birlikdə Ermənistan və Azərbaycan tərəfləri arasında ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı davam edir.

O, işin səmərəliliyini artırmaq üçün axtarış qruplarının sayının üçdən beşə qaldırıldığını bildirib.