Peruda daşqınlar nəticəsində 6 nəfər ölübbackend

Peruda daşqınlar nəticəsində 6 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Perunun şimal bölgələrində güclü yağışların səbəb olduğu daşqınlarda indiyədək 6 nəfər ölüb.

NOCOMMENT xəbər verir ki, Milli Mülki Müdafiə İnstitutunun (INDECI) məlumatına görə, Piura və Lambayeque bölgələrində güclü yağışlar nəticəsində 749 evi su basıb.

Sıx daşqınlarda 6 nəfər həyatını itirib, axtarış-xilasetmə işləri fasiləsiz davam edir.

Cajamarca, Lambajeque, Piura və Tumbes şəhərlərində ciddi yağıntıların gözlənildiyini açıqlayan INDECI, bu şəhərlərdə qırmızı həyəcan elan edildiyini qeyd etdi.

Səlahiyyətlilər çayların daşması riskinin yüksək olduğunu bildirərək əhalini diqqətli olmağa çağırıb.