Peruda fövqəladə vəziyyət – Kütləvi yoluxma…backend

Peruda fövqəladə vəziyyət – Kütləvi yoluxma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peruda denge qızdırmasına yoluxma hallarının sayının artması ilə əlaqədar 20 regionunda fövqəladə vəziyyət elan edilə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu il ölkədə 24,981 virusa yoluxma hadisəsi qeydə alınıb və 28 nəfər ölüb.

Xatırladaq ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge qızdırması virus infeksiyasıdır. Yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları xəstəliyin əsas əlamətləridir. Dünya Səhiyyə Təşkilatı denge xəstəliyini insan sağlamlığı üçün ən böyük təhdidlər siyahısına daxil edib.