Peruda hökumət əleyhinə etirazlar davam edirbackend

Peruda hökumət əleyhinə etirazlar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peruda prezident Dina Boluartenin istefası və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə hökumət əleyhinə etirazlar davam edir.

NOCOMMENT xəbər verir ki, Paytaxt Lima başda olmaqla bir çox şəhərdə meydanlara enən nümayişçilər yollara barrikadalar qurub.

Digər günlərlə müqayisədə nisbətən sakit keçən aksiyalar polisin gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib.

Nümayişçilər Boluartenin istefasını, erkən seçkilərin keçirilməsini və Konqresin buraxılmasını tələb edirlər.

Peru mətbuatının məlumatına görə, 11 dekabr 2022-ci ildən bəri hökumət əleyhinə nümayişlərdə 48 nəfər ölüb, yaralananların sayı isə 700-ü keçib.

Hökumət isə etirazlarda 42 nəfərin həyatını itirdiyini açıqlayıb.