Cənubi Amerika ölkəsi Peruda qızıl mədənində baş verən çökmə nəticəsində 7 nəfərin həyatını itirdiyi bildirilib.
NOCOMMENT xəbər verir ki, La Rinkonada şəhərində qızıl mədənində çökmə baş verib. Hadisə zamanı 7 mədənçi həyatını itirib.
Bölgədə axtarış-xilasetmə tədbirlərinin davam etdiyi bildirilib.
Dövlət Prokurorluğu partlayışla bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Yerli mətbuatın məlumatına görə, qızıl mədəninin qanunsuz olduğu üzə çıxıb.