Perunun erkən seçki çağırışı Konqres tərəfindən bir daha rədd edildibackend

Perunun erkən seçki çağırışı Konqres tərəfindən bir daha rədd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peruda Milli Konqresdə keçirilən səsvermədə prezident Dina Boluartenin erkən seçki çağırışı bir daha qəbul edilməyib.

NOCOMMENT xəbər verir ki, səsvermədə “növbədənkənar seçki tələbi” 54 lehinə, 68 əleyhinə və 2 bitərəf olmaqla ardıcıl ikinci dəfə rədd edildi.

Bildirilib ki, seçkilərin 2023-cü ilin dekabrında keçirilməsi təklifini Konqresə Konstitusiya Komissiyasının sədr müavini Hernando Guerra Qarsiya təqdim edib.

Öz bəyanatında Amerika Dövlətləri Təşkilatı (OAS) Peru hakimiyyətinə müraciət edərək, ölkədə tezliklə ədalətli, azad və şəffaf seçkilərin keçirilməsinə çağırıb.

Digər tərəfdən hökumət əleyhinə nümayişlərin davam etdiyi ölkədə minlərlə insan paytaxt Lima başda olmaqla bir çox şəhərdə etiraz aksiyaları təşkil edib və polislə qarşıdurma yaşanıb.

Yanvarın 28-də Milli Konqresdə keçirilən səsvermədə Boluartenin erkən seçki çağırışı qəbul edilməyib.

Peruda etirazlar keçmiş prezident Pedro Kastilonun 2022-ci il dekabrın 7-də Konqres tərəfindən impiçment edilməsindən sonra başlayıb.

Etirazlarda 64 nəfər həlak olub

Nümayişçilər prezident Boluartenin istefasını, növbədənkənar seçkilərin keçirilməsini və həbsdə olan keçmiş prezident Pedro Kastilonun azad edilməsini tələb edirlər.

Boluarte yanvarın 24-də nümayişçiləri bir daha dialoqa çağırıb və etirazların dayandırılmasını tələb edib.

Peru mətbuatının məlumatına görə, 2022-ci il dekabrın 11-dən bu yana nümayişlərdə 64 nəfər həyatını itirib, yaralananların sayı isə 1700-ü keçib.