Peşə məktəblərində boş qalan yerlər üzrə müraciət edənlərin sayı açıqlandıbackend

Peşə məktəblərində boş qalan yerlər üzrə müraciət edənlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II mərhələ üzrə 4768 şəxs qeydiyyatdan keçib, onlardan 4206-sı ixtisas seçimini tamamlayıb. II mərhələ zamanı təqdim olunan boş qalmış 9 898 yerdən 4 141-i dövlət hesabına, 5 757 yer isə ödənişli əsaslarla həyata keçirilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən NOCOMMENT.az – a verilən məlumata görə, peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsinə 4 sentyabr tarixindən etibarən start verilib. Daha öncə olduğu kimi https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada, ödənişsiz formada 2 mərhələdən ibarət şəkildə aparılır. Boş qalan yerlərə sənəd qəbulu 14 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Nəzərinizə çatdırırıq ki, peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə nümayiş etdirməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilirlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır. Bundan əlavə I mərhələ zamanı uğur qazanmış, lakin qəbul olduğu ixtisas üzrə təhsil almaqdan imtina edən şəxslərin də II mərhələyə qatılmaq imkanı var.

Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.