Avqustin ikinci yarısında peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat ustalarının işə qəbulu imtahanları keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Ceyhun Kərəmov mətbuat konfransında deyib.
O bildirib ki, yaxın günlərdə bu haqda ətraflı məlumat açıqlanacaq.