Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putinin Alyaskaya səfərinin təşkilindən danışarkən bildirib ki, amerikalılar artıq rusiyalılara viza verməyi “unudublar”.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində danışıb.
“Bu səfərin təşkilinə dair logistika məsələsinə gəldikdə, bəli, bu, asan deyil. Və həyata keçirilməsi də asan başa gəlmir. Baxın, unutmayın ki, amerikalılar bu müddət ərzində viza verməyi öyrənmədilər”, – Kremlin nümayəndəsi deyib.
O vurğulayıb ki, məhz ABŞ ikitərəfli münasibətlərlə bağlı bütün prosesləri, o cümlədən konsulluq xidmətlərini dayandırma təşəbbüsü göstərib.
“Buna görə də, təbii ki, vəziyyət çətindir, bu mənfi proseslərdə böyük inersiya var. Normal təcrübəyə, adi və sağlam ikitərəfli münasibətlərin təmin olunması ilə bağlı bütün detallara qayıtmaq çox çətindir”, – Peskov əlavə edib.