Peskov Baydeni TƏRİFLƏDİbackend

Peskov Baydeni TƏRİFLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Polşada baş verən raket insidentinə reaksiyasını peşəkarlıq adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Polşalıların ölkə ərazisinə düşən S-300 raketinin fraqmentlərinə baxmaq imkanları var idi. Belədə bütün ekspertlər dərhal başa düşəcəksilər ki, bu, Rusiya Silahlı Qüvvələrinə aid olan bir raket ola bilməz. Amerika tərəfinin və Amerika prezidentinin təmkinli və peşəkar reaksiyasına diqqət yetirmək məntiqlidir”, – Peskov jurnalistlərlə söhbəti zamanı deyib.

Noyabrın 15-də Polşanın Ukrayna ilə sərhəd bölgəsinə iki raket düşüb. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, onlar yalnız Ukrayna ərazisinə zərbələr endiriblər. Nazirlik bildirib ki, düşən raketlər S-300-ün elementləri olub.

ABŞ araşdırmaya başlayıb. Bir qədər sonra ABŞ prezidenti Polşada partlayışın Ukrayna hava hücumundan müdafiə sisteminin işi səbəbindən baş verdiyini bildirib.