Türkiyədə keçiriləcək yeni Rusiya–Ukrayna danışıqlar raundunun əsas mövzusu hər iki tərəfin münaqişənin tənzimlənməsi ilə bağlı təqdim etdiyi memorandum layihələri olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Məlumatı “İnterfaks” yayıb.
“Danışıqların mövzusu kifayət qədər mürəkkəbdir. Digər məsələlərlə yanaşı, ikinci raund zamanı müzakirəyə çıxarılan memorandum layihələri də diqqət mərkəzində olacaq,” – deyə Peskov qeyd edib. O əlavə edib ki, görüşün dəqiq tarixi sonradan açıqlanacaq.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bu həftə Rusiya və Ukrayna arasında danışıqların İstanbulda keçiriləcəyini bildirmişdi.