Peskov Paşinyanın yalanını İFŞA ETDİ: Putinlə telefon söhbətinin TƏFƏRRÜATIbackend

Peskov Paşinyanın yalanını İFŞA ETDİ: Putinlə telefon söhbətinin TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan telefon söhbətində Rusiya Prezidenti Vladimir Putindən kömək istəməyib.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin məbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Putin Paşinyana üçtərəfli razılaşmaların bütün müddəalarının, ilk növbədə atəşkəsin yerinə yetirilməsinin vacibliyini çatırıb.

“Lakin Ermənistanın baş naziri telefon söhbətində Sünik bölgəsindəki vəziyyətlə əlaqədar Putindən kömək istəməyib. O, sərhəddəki vəziyyətdən narahat olduğunu dedi”, – deyə Peskov bildirib.

Xatırladaq ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti Paşinyanla Vladimir Putin arasında telefon danışığı zamanı, erməni baş nazirin Rusiya liderinə İrəvanın Zəngəzurda baş verənlərlə bağlı KTMT-yə müraciət etmək qərarı barədə məlumat verdiyini açıqlamışdı.