Peskov: “Polşa Rusiyaya qarşı boş ittihamlarda lider olmaq istəyir”backend

Peskov: “Polşa Rusiyaya qarşı boş ittihamlarda lider olmaq istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hakimiyyəti Rusiyaya qarşı əsassız ittihamlarda Avropada liderliyini saxlamaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Polşanın baş naziri Donald Tuskun Rusiyanın “təyyarələrdə terror aktları törətmək” planları ilə bağlı bəyanatını şərh edib.

“Polşa bu cür əsassız ittihamlarla tanınır və hətta tez-tez digər Avropa ölkələri ilə müqayisədə bu sahədə liderliyini qorumağa çalışır”, – Peskov bildirib.

Tusk daha əvvəl heç bir sübut təqdim etmədən Rusiyanı müxtəlif ölkələrdə hava yollarına qarşı terror hücumları planlaşdırmaqda ittiham edib.

Bununla yanaşı, Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış “Moskvaya uçmamağı” tövsiyə edib.