Peskov: Putin danışıqlara hazırdırbackend

Peskov: Putin danışıqlara hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Vaşinqtonla danışıqlara açıqdır, lakin NATO, ATƏT və ABŞ ilə danışıqlara cəhdlər uğursuz alınıb.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, jurnalistlərə açıqlamasında deyib: “Rusiya prezidenti həmişə bizim maraqlarımızı təmin etmək üçün danışıqlara açıq olub, indi də buna hazırdır”.

Peskov xatırladıb ki, məhz Rusiya prezidenti hələ müharibə başlamamışdan əvvəl ABŞ, NATO və ATƏT ilə danışıqlara təşəbbüs göstərməyə cəhd edib.

“Bilirsiniz ki, bu təşəbbüs qarşılıq əldə etməyib”, – deyə Peskov söyləyib.