Peskov: Putin Paşinyanla danışdı, indi iş gedirbackend

Peskov: Putin Paşinyanla danışdı, indi iş gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Ermənistan sərhədində vəziyyətin sabitləşməsi üçün səylər göstərir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Ermənistan və Rusiya liderlərinin telefon danışığı kontekstində ciddi ekspertiza işləri aparılır: “Ötən gecə Ermənistan Baş naziri Paşinyanla (Putinin) telefon danışığı olub. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib. Baş verən söhbətə uyğun olaraq, hazırda ekspertlər səviyyəsində intensiv iş gedir. Hələlik bununla bağlı çox danışmayacağam. Bu işin nəticələrini əldə etdikcə sizə məlumat verəcəyik”.