Peskov: Putin Ukrayna ilə mülki obyektlərlə bağlı danışıqlara hazırdırbackend

Peskov: Putin Ukrayna ilə mülki obyektlərlə bağlı danışıqlara hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ukrayna tərəfi ilə mülki hədəflərə zərbələrdən imtinanı müzakirə etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu açıqlamanı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov verib.

“Prezident mülki obyektlərin vurulmaması məsələsini, o cümlədən ikitərəfli qaydada müzakirə etməyin mümkün olduğunu deyəndə, prezident Ukrayna tərəfi ilə danışıqları və müzakirələri nəzərdə tuturdu”, – Kremlin sözçüsü bildirib.

Peskov əlavə edib ki, Rusiya prezidenti bundan əvvəl Ukrayna tərəfi ilə danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib.