Peskov: Putinin Əliyev və Ərdoğanla danışmasına ehtiyac yoxdurbackend

Peskov: Putinin Əliyev və Ərdoğanla danışmasına ehtiyac yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya prezidenti Vladimir Putin Əliyev və Ərdoğanla danışmayıb, amma başqa səviyyədə əlaqələrdə saxlanılır”.

NOCOMMENT xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, heç də o demək deyil ki, Rusiyanın işgüzar əlaqələrdə hansısa problem var”, – deyə Peskov jurnalistlərə açıqlayıb.

Qarabağ münaqişəsi başladığı andan etibarən Putinin Ermənistanın Baş Naziri Nikol Paşinyanla 3 dəfə danışmasının, Türkiyə və Azərbaycan prezidentiləri – Tayyib Ərdoğan və İlham Əliyevlə isə bir dəfə belə danışmamasının səbəbi barədə suala cavabda o deyib: “Bu, prezidentlərin iş qrafiklərindən və məqsədəuyğunluqdan asılıdır”.

Peskovun sözlərinə görə, Qarabağ münaqişəsi mövzusunda Rusiya-Türkiyə və Rusiya-Azərbaycan dialoqu, elə Rusiya-Ermənistan dialoqu da yüksək səviyyədə və daim aparılır.