Peskov Putinin Ukraynadakı atəşkəsə münasibətindən danışıbbackend

Peskov Putinin Ukraynadakı atəşkəsə münasibətindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir. 

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Putin atəşkəs zərurəti ideyasını dəstəkləyir, lakin buna qədər bir sıra suallara cavab tapmaq lazımdır. Bu suallar havada asılıb və hələ heç kim onlara cavab verməyib”, – Peskov bildirib.

Onun sözlərinə görə, bu məsələlər Kiyev hakimiyyətinin bir sıra ekstremist və millətçi birləşmələrin hərəkətlərinə nəzarət edə bilməməsi və Ukraynanın daha da hərbiləşdirilməsi ilə bağlıdır.

Daha əvvəl Peskov bəyan edib ki, Rusiya və ABŞ nümayəndələri arasında növbəti danışıqlar üçün hələlik konkret tarix yoxdur, lakin hər iki tərəf təmasların davam etdirilməsinin vacibliyini başa düşür.