Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı nəzəri cəhətdən Rusiya liderinin ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşündən sonra mümkündür.
NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, həmçinin qeyd edib ki, Putinin ABŞ-ın xüsusi nümayəndəsi ilə görüşü hələ də davam edir və onun başlanğıcı işgüzar xarakter daşıyır.
“Nəzəri cəhətdən [ABŞ və Rusiya başçıları arasında söhbət] mümkündür: ya hə, ya da yox”, – Kreml nümayəndəsi qeyd edib.